Vaginoplastika kimlərə edilir?
- Doğuşdan sonra uşaqlıq yolunun nəzərəçarpan genişlənməsi
- Doğuş zamanı yaranmış cırıqlar və düzgün bitişməmiş çapıqlar
- Uşaqlıq yolu divarlarının sallanması (sistosele, rektosele)
- Cinsi əlaqə zamanı həssaslığın azalması və ya narahatlıq
- Aralıq nahiyyəsinin doğuş travması nəticəsində deformasiyası
Əməliyyat adətən doğuş planlaşdırmasının başa çatdığı dövrdə tövsiyə olunur, çünki sonrakı təbii doğuş nəticəni dəyişə bilər.
Vaginoplastika kimlərə edilmir?
- Yaxın gələcəkdə doğuş planlaşdırıldıqda — əməliyyatın təxirə salınması məsləhət görülür
- Aktiv genital və ya sidik yolu infeksiyası zamanı
- Hamiləlik dövründə
- Qanın laxtalanma pozğunluqları və ağır ümumi xəstəliklər zamanı
- Şikayətin əsas səbəbi çanaq dibi əzələlərinin zəifliyi olduqda — bu hallarda əvvəlcə konservativ müalicə aparılır
Əməliyyat necə keçir?
Ümumi və ya spinal anesteziya altında aparılır. Artıq uşaqlıq yolu selikli qişası çıxarılır, ətraf yumşaq toxuma və əzələlər bərpa edilib möhkəmləndirilir.
Əməliyyat müddəti təxminən 1,5–2 saatdır. Adətən bir gecə xəstəxanada müşahidə tələb olunur. Göstəriş olduqda eyni seansda labioplastika və ya perineoplastika da aparıla bilər — bu, əməliyyat müddətini uzadır, lakin ayrıca bərpa dövrü tələb etmir.
Bərpa dövrü necə keçir?
- İlk 24 saatXəstəxanada müşahidə, ağrıkəsici müalicə.
- İlk həftəEvdə istirahət; ağır qaldırmaq, uzun müddət oturmaq və ayaq üstə qalmaq məhdudlaşdırılır.
- 2–3 həftəTədricən gündəlik həyata qayıdış.
- 6–8 həftəCinsi istirahət mütləqdir. Bu müddət toxumaların adekvat və elastik bitişməsi üçün vacibdir — erkən başlanğıc nəticəni pozur.
- 3 aySon nəticənin formalaşması.
Mümkün ağırlaşmalar
Qanaxma, infeksiya, tikişlərin ayrılması, çapıq toxumasının həddindən artıq formalaşması, cinsi əlaqə zamanı ağrı (dispareuniya), həddindən artıq daraldılma və ya kifayət qədər daraldılmama, sidik ifrazı ilə bağlı keçici pozğunluqlar. Sonrakı təbii doğuş nəticənin pozulmasına səbəb ola bilər.
Tez-tez verilən suallar
Əməliyyatdan nə qədər sonra cinsi əlaqədə ola bilərəm?
6–8 həftə cinsi istirahət tələb olunur. Bu nahiyyədə toxumaların adekvat və elastik şəkildə bitişməsi üçün bu müddət son dərəcə vacibdir.
Vaginoplastikadan sonra təbii doğuş mümkündürmü?
Mümkündür, lakin doğuş əməliyyatın nəticəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Buna görə də əməliyyat adətən doğuş planlaşdırmasının başa çatdığı dövrdə tövsiyə olunur.
Lazer üsulu ilə fərqi nədir?
Lazer prosedurları yalnız yüngül dərəcəli genişlənmə və selikli qişa dəyişikliklərində nəticə verir. Nəzərəçarpan genişlənmə, divar sallanması və ya doğuş travması olduqda cərrahi bərpa tələb olunur. Hansının uyğun olduğuna müayinə əsasında qərar verilir.
Sidik qaçırma da düzəlirmi?
Avtomatik olaraq yox. Sidik qaçırma ayrıca diaqnostika və çox vaxt ayrıca müdaxilə tələb edir. Göstəriş olduqda eyni seansda planlaşdırıla bilər.
Bu səhifədəki məlumat ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.
Hansı üsulun uyğun olduğunu müəyyən edək
Cərrahi bərpa, lazer və ya konservativ müalicə — qərar müayinədən sonra verilir.