Hansı hallarda tətbiq olunur?
- Böyük cinsiyyət dodaqlarında yaş və ya çəki itkisi ilə bağlı həcmin azalması
- Uşaqlıq yolu nahiyyəsində quruluq və toxuma elastikliyinin azalması
Prosedur uyğunluğu müayinədən sonra müəyyən edilir. Şikayətin səbəbi iltihab, hormonal dəyişiklik və ya başqa bir xəstəlik olduqda əvvəlcə həmin səbəb müalicə olunur.
Kimlərə uyğun deyil?
- Hamiləlik və əmizdirmə dövründə
- Aktiv infeksiya və ya iltihab zamanı
- Preparatın tərkibinə allergiya olduqda
- Qanın laxtalanma pozğunluqları zamanı
Prosedur necə keçir?
Prosedur cərrahi kəsik tələb etmir. Narahatlığı azaltmaq üçün yerli keyitmə tətbiq olunur, preparat xüsusi nazik alətlə yeridilir.
Prosedurun müddəti yeridiləcək nahiyyədən və həcmdən asılıdır. Sonrakı ilk günlərdə yüngül ödem və həssaslıq ola bilər.
Nəticə nə qədər davam edir?
Nəticə müvəqqətidir
Hialuron turşusu orqanizmdə tədricən sorulur. Buna görə də nəticə daimi deyil — davametmə müddəti istifadə olunan preparatdan və fərdi xüsusiyyətlərdən asılıdır və effekti saxlamaq üçün təkrar prosedurlar tələb olunur.
Mümkün ağırlaşmalar
Ödem, göyərmə, keçici həssaslıq və ya ağrı, infeksiya, preparatın qeyri-bərabər paylanması və düyünlərin əmələ gəlməsi, asimmetriya. Nadir hallarda preparatın damara düşməsi ilə bağlı ciddi ağırlaşmalar baş verə bilər. Bu risklər prosedurdan əvvəl fərdi olaraq müzakirə olunur.
Bu səhifədəki məlumat ümumi xarakter daşıyır və həkim müayinəsini əvəz etmir.
Uyğunluğu müayinə müəyyən edir
Prosedur haqqında sualınızı WhatsApp vasitəsilə yazın.